Mark Zukerberq “Meta”nın səhmlərini satıb
Stokholm, 5 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC
“Meta Platforms”un baş direktoru, feysbuk, instaqram, mesencer və vatsapın sahibi Mark Zukerberq iki ildə ilk dəfə şirkətin səhmlərini satıb.
AZƏRTAC xəbər verir ki, satış əməliyyatı digər fondlarla yanaşı, amerikalı milyarder sahibkarın malik olduğu Zukerberq fondu və xeyriyyə fondunda səhmlərin payının ixtisarı hesabına həyata keçirilib. Ümumilikdə, “Meta”nın həmtəsisçiləri noyabr ayında təqribən 185 milyon dollar dəyərində 682 min səhmi satışa çıxarıblar.
Cari ilin noyabrında ilin əvvəlindən bəri səhmlərin dəyəri 172 faiz artıb və 2021-ci ildəki tarixi maksimuma yaxınlaşır. Hazırda 39 yaşlı Mark Zukerberq “Meta”nın səhmlərinin 13 faizinə malikdir ki, bu da onun 117,7 milyard dollarlıq ümumi sərvətinin böyük bir hissəsini təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:19]
Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb
- 06.10.2026 [16:09]
Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib
- 06.10.2026 [16:07]
Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb
- 06.10.2026 [16:03]
Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]