MASALLI VOLEYBOLÇULARI ZONA BİRİNCİLİYİNİN QALİBİ OLMUŞLAR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dairəvi sistem üzrə beş gün davam edən zona yarışlarında respublikamızın 12 rayonunun yeniyetmə voleybolçuları qalib adı uğrunda mübarizə aparmışlar.
Zona birinciliyində Masallı idmançıları daha inamlı oyun nümayiş etdirərək birinci yerə sahib olmuşlar. Sonrakı iki yeri isə Lənkəran və Astara gəncləri tutmuşlar.
Qaliblərə respublika Gənclər, İdman və Turizm Nazirliyinin diplomları və qiymətli hədiyyələri təqdim edilmişdir.
Yarışlarda daha məzmunlu və texnikalı oyun nümayiş etdirən astaralı idmançı Fəqan Axundov yeniyetmələrdən ibarət respublika yığma komadanın tərkibinə daxil edilmişdir.
Xatırladaq ki, zona birinciliyində birinci və ikinci yerləri tutan komandalar mayın 10-23-də Bakı şəhərində keçiriləcək final mərhələsində respublika çempionu adı uğrunda mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]