MASALLILAR TƏBİİ FƏLAKƏTDƏN ZİYAN ÇƏKƏN RAYONLARA HUMANİTAR YARDIMI DAVAM ETDİRİRLƏR
Masallı, 12 may (AZƏRTAC). Masallılar Kür çayının daşması nəticəsində ziyan çəkən rayonlara humanitar yardımı davam etdirirlər.
Bu məqsədlə rayondan Şirvan şəhərinə müxtəlif ərzaq məhsullarından və sel sularının yardığı bəndlərin bərpası üçün beton konstruksiyalardan ibarət ikinci maşın karvanı yola salınmışdır.
Torpaq-bərkitmə işlərinin aparılması məqsədilə fəlakət zonasına, həmçinin, iki ağır texnika da göndərilmişdir.
Masallı rayon fövqəladə hallar komissiyasının sədri Seymur Nuriyevin verdiyi məlumata görə, indiyədək sel sularından ziyan çəkən rayonlara betonla dolu 86 maşın göndərilmiş, daha 30 maşının göndərilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]