Mayın 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var.
Temperaturun gecə 13-18° isti, gündüz 25-29° isti, Bakıda gecə 16-18° isti, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 10-15° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən,
Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 5-10° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi,
Füzuli, Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 12-17° isti, gündüz 24-29° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba,
Xaçmaz, Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş, Kürdəmir, İmişli,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,
Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 13-18° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 14-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-14° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Mayın 11-dən 13-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, ayın 12-də və 13-də atmosfer təzyiqinin normadan bir qədər aşağı enməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.