Mayın 13-14-də milli parklarda gözlənilən hava şəraiti
Bakı, 12 may, AZƏRTAC
İstirahət günlərində - mayın 13-14-də milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Samur-Yalama Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin mayın 13-ü gündüz və 14-də arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 6-9° isti olacaq.
Altıağac Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin mayın 13-ü gündüz və 14-də arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 10-14° isti olacağı ehtimal edilir.
Ağgöl Milli Parkında fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 14-18° isti olacağı proqnozlaşdırılır.
Qızılağac Milli Parkında hava şəraitinin arabir yağışlı keçəcəyi gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mayın 14-də gündüz hava əsasən yağmursuz olacaq. Gecə və səhər duman müşahidə ediləcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14°, gündüz 15-19° isti olacağı bildirilir.
Göygöl Milli Parkında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6°, gündüz 7-9° isti olacağı ehtimalı var.
Şirvan Milli Parkında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14°, gündüz 15-20° isti olacağı gözlənilir.
Hirkan Milli Parkında hava şəraitinin arabir yağışlı keçəcəyi gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mayın 14-də gündüz hava əsasən yağmursuz olacaq. Gecə və səhər duman müşahidə ediləcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14°, gündüz 15-19° isti olacaq.
Milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir. Turistlər bu gözəllikləri həvəslə ziyarət edərək həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ekoturistlərin sayının artan templə inkişafını təmin edir. Milli parklarda ekoturizmin daha da inkişaf etdirilməsi üçün ardıcıl tədbirlər görülür.