Mayın 14-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 13-18° isti, gündüz 25-30° isti olacaqdır.
Bakıda gecə 16-18° isti, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 12-17°, gündüz 27-32° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz olacaq. gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 7-11°, gündüz 17-22° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz olacaqdır. Gecə saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacaqdır.
Temperaturun gecə 14-19°, gündüz 25-29° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz olacaqdır. gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 12-17°, gündüz 22-27° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz olacaqdır. gecə bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz olacaqdır. gecə və səhər bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacağı gözlənilir.