MAYIN 18-DƏ HAVA METEOHƏSSAS İNSANLAR ÜÇÜN ƏLVERİŞLİ OLACAQDIR
Bakı, 17 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 18-də ölkə ərazisində gündüz hava əsasən yağmursuz keçəcəkdir.
Bakıda havanın temperaturu gündüz 28-30, gecə 16-18, Naxçıvanda gündüz 27-29, gecə 12-14, aran bölgəsində gündüz 25-27, gecə 15-17, dağlıq zonada gündüz 18-20, gecə 6-8 dərəcə təşkil edəcəkdir.
Mayın 18-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, mayın 19-da atmosfer təzyiqinin qısa müddətə enib-qalxması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.