Mayın 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı vardır.
Temperatur gecə 14-18°, gündüz 20-25° isti, Bakıda gecə 15-17° isti, gündüz 22-24° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 75 -85 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 10-15°, bəzi yerlərdə 18°, gündüz 23-28° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 5-10°, gündüz 13-18° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 10-15°, gündüz 22-27° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var.
Temperatur gecə 8-13°, gündüz 19-24° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 12-17°, gündüz 23-28° isti olacaqdır.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 15-18°, gündüz 23-28° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-19° isti təşkil edəcəkdir.