Mayın 22-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
mayın 21-dən 22-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı vardır. Gündüz havanın dəyişkən buludlu olacağı gözlənilir.
Temperatur gecə 14-17°, gündüz 22-27° isti, Bakıda gecə 14-16°, gündüz 25-27° isti olacaqdır.
Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 75 -85 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 11-16°, gündüz 24-29° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 7-12°, gündüz 14-19° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcəkdir.
Temperatur gecə 12-17°, gündüz 24-29° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır. Gündüz yağıntı tədricən kəsiləcəkdir.
Temperatur gecə 9-14°, gündüz 20-25° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə güclənəcəyi ehtimalı vardır. Gündüz yağıntı tədricən kəsiləcəkdir.
Temperatur gecə 13-18°, gündüz 25-30° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə güclənəcəyi ehtimalı vardır. Gündüz yağıntı tədricən kəsiləcəkdir.
Temperatur gecə 15-17°, gündüz 23-28° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacaqdır.