Mayın 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az yağış yağacağı ehtimal olunur.
Temperatur gecə 16-19°, gündüz 23-28° isti, Bakıda gecə 16-18°, gündüz 25-27° isti olacaqdır.
Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75 -85, gündüz 50-60 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 11-16°, gündüz 24-29° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 6-11°, gündüz 15-20°, bəzi yerlərdə 23° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 12-17°, gündüz 25-30°, bəzi yerlərdə 32° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 9-14°, gündüz 22-27° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 13-18°, gündüz 27-32°, bəzi yerlərdə 35° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır. Şimal-şərq küləyi 5-10 m/s.
Temperaturun gecə 13-16°, gündüz 25-30° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin norma daxilində tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.