MDB DÖVLƏTLƏRİ İLƏ MEHRİBAN QONŞULUQ MÜNASİBƏTLƏRİNİ İNKİŞAF ETDİRMƏK RUSİYA XARİCİ SİYASƏTİNİN ÖNCÜL İSTİQAMƏTİDİR
AZƏRTAC-ın Moskvadakı müxbirinin RF DİN-in İnformasiya və mətbuat departamentinə istinadla verdiyi xəbərə görə, xarici işlər nazirinin birinci müavini Vyaçeslav Trubnikov bildirmişdir ki, MDB məkanı Rusiyanın maraqları üçün ənənəvi zona olduğu kimi, Rusiyanın özü də Birlik üzrə tərəfdaşları üçün eynilə belə bir zonadır. MDB dövlətləri ilə mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi Rusiyanın xarici siyasətinin öncül istiqamətidir. Bununla belə, Rusiya heç də MDB üzrə tərəfdaşlarına kiminlə necə münasibət qurmağı göstərmək niyyətində deyildir. Nazir müavini vurğulamışdır ki, Rusiya MDB üzrə tərəfdaşları ilə birgə NATO ilə əməkdaşlığı dərinləşdirməyə və Kollektiv təhlükəsizlik haqqında müqavilə təşkilatı ilə qarşılıqlı əlaqələri nizama salmağa hazırdır.
V.Trubnikov həmçinin bu fikirdədir ki, alyansın genişləndirilməsi və Rusiya sərhədlərinə yaxınlaşdırılması bəyənilmir, NATO hərbi blokdan siyasi təşkilata çevrilməlidir. Şimali Atlantika alyansının daxilində “soyuq müharibə” havası ilə yaşayan və düşünən qüvvələr hələ də mövcuddur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]