MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN QƏSƏBƏLƏR SALINIR
Ağdam rayonunun ərazisində məcburi köçkünlər üçün dörd qəsəbə salınmışdır. Quğanlı, Xındırıstan, Ayaq Qərvənd, Ergi qəsəbələrində 500 yaşayış evi tikilərək məcburi köçkünlərin istifadəsinə verilmişdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Neft Fondunun vəsaiti hesabına inşa olunan qəsəbələrdə köçkün ailələrinin hər birinə 0,12 hektar həyətyanı sahə, bir hektar əkin sahəsi ayrılmış, bir milyon manat əvəzsiz maliyyə yardımı göstərilmişdir. 120 nəfərdən çox köçkün üçün yeni iş yerləri açılmışdır.
Ölkəmizin Prezidenti İlham Əliyevin Sərəncamına əsasən rayonun ərazisində daha 3860 köçkün ailəsi üçün yeni qəsəbələr salınacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]