MƏCBURİ KÖÇKÜNLƏRƏ 1 MİLYON 600 MİN DOLLAR MİKROKREDİT VERİLMİŞDİR
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun meneceri Elçin Bağırov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, kənd təsərrüfatı sahəsində, eləcə də kiçik istehsalla məşğul olan məcburi köçkünlərə mikrokreditlərin verilməsi üçün 2 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bu günə qədər həmin vəsaitin 1 milyon 600 min dolları 700 min məcburi köçkünə paylanmışdır. Həmin vəsait bir qədər imkanlı məcburi köçkünlər tərəfindən yaradılmış mikrokredit təşkilatları və kredit ittifaqları tərəfindən öz ünvanına çatdırılır. Yaxın vaxtlarda Dünya Bankının xətti ilə daha 400 min dollar ayrılacaqdır. Bütün bunlar “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Prezidentinin Fərmanından irəli gələn tələblərə uyğun olaraq, məcburi köçkünlərin sosial həyat tərzinin yaxşılaşdırılması məqsədi ilə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:34]
Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək
- 29.09.2026 [13:12]
AZAL-ın ixrac gəlirləri açıqlanıb
- 29.09.2026 [13:00]