MƏCBURİ KÖÇKÜNLƏRİN QIŞ PROBLEMLƏRİ HƏLL OLUNUR
Bərdə rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, son günlər respublikamızda hava şəraitinin kəskin dəyişməsi, aramsız qar və sulu qar yağması ilə əlaqədar yaradılmış operativ qərargahın üzvləri hər gün buradakı üç çadır şəhərciyində, dəmir yolunda, idarə və müəssisələrdə, məktəblərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşür, qarşıya çıxan çətinlikləri aradan qaldırırlar. Dövlətqaçqınkom rayona ehtiyat üçün iki ədəd transformator, 3500 metr elektrik naqili vermişdir. Qaçqın ailələri duru yanacaqla, oduncaqla təmin olunurlar.
Ağdam, Ağcabədi, Tərtər, Yevlax və Beyləqan rayonlarında yaradılmış qərargahlar da qaçqın və məcburi köçkünlərin qış problemlərini operativ həll edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]