Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mədəni irsin qorunması istiqamətində məqsədyönlü işlər həyata keçirilib

Mədəni irsin qorunması istiqamətində məqsədyönlü işlər həyata keçirilib

Bakı, 8 yanvar, AZƏRTAC

Azərbaycanın zəngin mədəni irsinin qorunması, bərpa və konservasiyası, eləcə də təbliği istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər 2019-cu ildə də davam etdirilib. İl ərzində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq etdiyi “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın tədbirlər Planına uyğun olaraq işlər həyata keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Dövlət proqramına uyğun olaraq, respublikanın 33 şəhər və rayonunda yerləşən, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahı üzrə 1796 daşınmaz tarix və mədəniyyət abidəsinin, eyni zamanda göstərilən rayonlarda yerləşən 855 ədəd yeni aşkar olunmuş abidənin monitorinqi aparılıb. Monitorinq olunan abidələrin texniki vəziyyəti barədə müvafiq qeydlər aparılaraq coğrafi koordinatları GPS vasitəsilə təyin edilib, fotoşəkilləri çəkilib. Ötən il 2 abidə Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət qeydiyyatına götürülüb.

Tovuz rayonu Aşıq Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində tikinti və muzey tərtibatı işləri, Xəzər rayonunun Şağan, Sabunçu rayonunun Maştağa qəsəbələrində Mədəniyyət mərkəzlərinin əsaslı təmiri, Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin və Şəki şəhəri, Ə.Haqverdiyev küçəsində 40 yerlik uşaq bağçasının tikintisi başa çatdırılıb.

Qazax rayonunda yerləşən “Sınıq körpü”, Şabran rayonunda yerləşən “Çıraqqala” abidələrində bərpa-konservasiya, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Həmçinin Quba rayonunda yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüş Yerfi kənd məscidində sahibkarın dəstəyi ilə aparılan yenidənqurma və bərpa işləri davam etdirilir.

Quba rayonunun Birinci Nügədi kəndində məscidin, Qobustan rayonunda Diri Baba türbəsinin, Balakən rayonunda Qala divarlarının, Hacıqabul rayonunda Pir Hüseyn Xanəgahının, Qax rayonunda İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki qalanın, Gəncə şəhərində Tatlar məscidinin, Gədəbəy şəhəri yaxınlığındakı kilsənin, Şamaxı şəhərində Şaxəndan türbəsinin və Lənkəran şəhərində yerləşən Dairəvi qalanın müvafiq olaraq bərpası, konservasiyası və gücləndirilməsi üçün layihə-smeta sənədlərinin hazırlanması, həmçinin Şəki şəhərindəki Cümə məscidi və Gəncədəki Şahsevənlər məscidində elmi-tədqiqat işlərinin aparılması üzrə işlər yekunlaşdırılıb.

Ötən ilin aprel ayında Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Böyük Mərdəkan qəsri və Tuba şah məscidinin bərpası haqqında niyyət məktubu imzalanıb və hazırda TİKA və yerli mütəxəssislərin iştirakı ilə layihələndirmə işləri aparılır. Eləcə də Şamaxı rayonunda Pir Ömər Ziyarətgahında tikinti-abadlaşdırma üzrə layihə işləri yekunlaşıb.

Qorunma işinin kompleks şəkildə təmin edilməsi məqsədilə Dövlət Xidmətinin sifarişi ilə icrasına başlanılmış daşınmaz tarix və mədəniyyət abidələri üzrə 38 mühafizə zonasının və 21 pasport layihəsinin hazırlanması yekunlaşdırılıb. Bunlardan mühafizə zonaları üzrə layihələr müvafiq rayon-şəhər icra hakimiyyətləri və Əmlak Məsələləri Dövlət Komitəsi ilə, abidə pasportları isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə razılaşdırılaraq təsdiqlənib.

Abidələrin mühafizə zonalarının müəyyən edilməsi üçün 72 layihənin, pasportlaşdırılması üçün isə 110 layihənin hazırlanması üzrə müqavilələr bağlanıb. Ötən ildə pasportlaşdırılması nəzərdə tutulan abidələrdən 15-i Azərbaycanın işğal altında qalmış tarix-memarlıq abidələri üçün nəzərdə tutulub ki, bu da müstəqilliyimizin bərpasından sonra işğal altında qalmış abidələrimizə veriləcək ilk pasportlar olacaq.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 22 oktyabr 2019-cu il tarixli Fərmanı ilə Dövlət Xidmətinin beş regional idarəsi yaradılacaq. Ölkə başçısının “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” 22 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir şəhəri”, Ağsu rayonunun tarixi ərazisi “Orta Əsr Ağsu şəhəri” və “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruqları elan edilib.

2019-cu ildə daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi ilə əlaqədar müvafiq işlər davam etdirilib. Ölkə ərazisində yerləşən bir çox abidəyə müdaxilə hallarının aradan qaldırılması məqsədilə yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanları ilə birgə iş aparılıb və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq tədbirlər görülüb. Abidələrin icarədarları, mülkiyyətçiləri olan aidiyyəti hüquqi və fiziki şəxslərlə görüşlər keçirilib, abidələrin qorunması istiqamətində təbliğat və təşviqat işləri aparılıb. Abidələrə olunmuş müdaxilələrlə bağlı 16 akt tərtib edilib. Həmçinin Dövlət Xidməti tərəfindən respublika ərazisində yerləşən abidələrin mülkiyyətçisi və ya istifadəçiləri olan fiziki və hüquqi şəxslərlə abidələrin qorunması və onlardan istifadə qaydalarına dair 85 mühafizə müqaviləsi bağlanıb.

Arxeoloji qazıntı işlərinin aparılması üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən verilmiş 59 vəkalətnamə Dövlət Xidmətində qeydiyyatdan keçirilib və aparılan qazıntı işlərinə aidiyyəti üzrə yerli abidə mühafizəçiləri tərəfindən mütəmadi olaraq nəzarət təşkil edilib.

Qoruq ərazilərinin öyrənilməsi məqsədilə daimi olaraq elmi-tədqiqat və arxeoloji işlər aparılır. 2016-cı ildən başlayaraq Qobustan Milli Tarix-Bədii Qoruğunda “Yeni baxış” adlı layihə çərçivəsində aparılan çöl-tədqiqat işləri nəticəsində ölkədə ilk dəfə 3D üsulundan istifadə olunaraq yeni qayaüstü rəsmlər aşkar olunub, Cingirdağda yerləşən petroqliflərin rəqəmsal məlumat bazası yaradılıb.

Mədəniyyət Nazirliyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Yaponiyanın Tokio Universiteti arasında imzalanmış üçtərəfli beynəlxalq memorandum əsasında “Avey” qoruğunda Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası, “Seba” Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi və Qəbələ qoruğunun birgə fəaliyyəti nəticəsində Azərbaycan-Koreya arxeoloji ekspedisiyası tərəfindən qədim Qəbələ şəhərində arxeoloji tədqiqat işləri aparılıb.

Mədəni irs obyektlərinin qorunması və tədqiqində peyk təsvirlərinin imkanlarından istifadə olunması istiqamətində işlərin aparılması üçün “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə hər iki təşkilatda görüşlər və təqdimatlar keçirilib, ilkin olaraq Gədəbəy rayonu üzrə pilot layihənin həyata keçirilməsinə başlanılıb.

İşğal altında yerləşən torpaqlardakı tarix-mədəniyyət abidələrinin yeni siyahısının hazırlanması, dəymiş ziyanın müəyyən olunması, bu istiqamətdə təbliğat və tədqiqat işlərinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyi ilə birgə “Azərbaycanın işğal altındakı mədəni irs nümunələrinin beynəlxalq hüququn tələblərinə uyğun qorunmasının təşkili, Ermənistan Respublikası tərəfindən abidələrin dağıdılmasının və ya mənimsənilməsinin qarşısının alınması tədbirlərinin gücləndirilməsinə dair 2020-2030-cu illər üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanıb.

Şübhəsiz ki, ötən il ölkəmizin mədəni həyatında UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi və Şəki şəhərinin tarixi hissəsinin (Xan sarayı ilə birgə) UNESKO-nun Dünya irs siyahısına daxil edilməsi böyük uğur kimi tarixə düşdü.

Ötən il ərzində mədəni irsimizin təbliği məqsədilə silsilə tədbirlər keçirilib, tarix və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub, tarix-mədəniyyət qoruqlarında “açıq qapı” günləri gerçəkləşib. Azərbaycan mədəni irsinin, adət-ənənələrinin, çoxsaylı abidələrinin beynəlxalq miqyasda tanıdılması və təbliği məqsədilə “İrs” silsiləsi layihəsi çərçivəsində “Azərbaycan inciləri”, “Gəncə - Nizami yurdu” və “Qədim və gözəl Qarabağ” adlı kitablar işıq üzü görüb və təqdimatı keçirilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar