Media: Britaniya və Norveç Ukraynaya 580 milyon dollar hərbi yardım ayıracaq
Bakı, 11 aprel, AZƏRTAC
Böyük Britaniya və Norveç Ukraynaya 450 milyon funt sterlinq (580 milyon dollar) həcmində hərbi yardım ayıracaq.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, həmin vəsait Kiyev üçün “yüz minlərlə” PUA-nın alınmasına, həmçinin nəqliyyat vasitələrinin və avadanlıqların təmiri və texniki xidmətinə yönəldiləcək. Eyni zamanda, Ukrayna yardımdan radar sistemləri, tank əleyhinə minalar və pilotsuz uçuş aparatlarının alınması üçün istifadə edə biləcək.
Bu açıqlama Ukraynaya hərbi təchizat üzrə təmas qrupunun cümə günü Brüsseldə keçirilməsi planlaşdırılan iclasından öncə verilib.
Qeyd edək ki, Böyük Britaniya və Almaniya aprelin 11-də NATO-nun qərargahında Ukraynaya hərbi təchizatla bağlı təmas qrupunu bir araya gətirir. Bu formatda sonuncu - 26-cı görüş fevralın 12-də Brüsseldə baş tutub. Böyük Britaniyanın müdafiə naziri ilk dəfə olaraq Pentaqon rəhbərinin əvəzinə həmin iclasa sədrlik edib. ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Kiyevlə müttəfiq ölkələr qrupuna sədrlik Birləşmiş Ştatların təşəbbüsü ilə Londona verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]