Medianın İnkişafı Agentliyi AzTV əməkdaşlarının Fransada təzyiqə məruz qalmaları ilə bağlı bəyanat yayıb
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşlarının iyunun 28-də Fransada təzyiqə məruz qalmaları ilə bağlı bəyanat yayıb.
AZƏRTAC-a daxil olan bəyanatda bildirilir:
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşları Fransada xidməti vəzifələrini yerinə yetirərkən hücuma məruz qalıb, çəkiliş kameraları əllərindən alınıb və silahla hədələniblər.
AZTV əməkdaşlarının peşə borclarını yerinə yetirərkən nalayiq rəftara məruz qalmaları ümumilikdə azad söz və ifadə azadlığına, sərbəst jurnalistikaya qarşı təzyiqin bariz nümunəsi, jurnalistlərin informasiya əldə etmək hüquqlarının məhdudlaşdırılmasıdır.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi peşə fəaliyyətini yerinə yetirən media təmsilçilərinə qarşı törədilmiş hücumu ciddi şəkildə qınayaraq Fransa hakimiyyəti və aidiyyəti qurumları insidentə hüquqi qiymət verməyə, bu əməli törədənləri müəyyən edərək məsuliyyətə cəlb etməyə çağırır.
Agentlik eyni zamanda, beynəlxalq jurnalist təşkilatları və media hüquqlarının qorunması sahəsində ixtisaslaşmış qurumları məsələni diqqətdə saxlamağa və hadisə ilə bağlı hüquqi ölçü götürülməsi istiqamətində həmrəylik nümayiş etdirməyə səsləyir”,-deyə bəyanatda vurğulanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [13:04]
Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib
- 10.08.2026 [12:56]
Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
- 10.08.2026 [12:39]
Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb
- 10.08.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 10.08.2026 [11:07]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]