Medianın İnkişafı Agentliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini ehtiramla yad edib
Bakı, 27 sentyabr, AZƏRTAC
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və agentliyin kollektivi sentyabrın 27-də Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər.
MEDİA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, xatirə daşının önünə gül dəstələri düzülüb.