MƏDİNƏ QURANININ YENİ VERSİYASI NƏŞR EDİLMİŞDİR
1982-ci ildə Səudiyyə Ərəbistanının indiki məliki Fəhd bin Əbdüləziz Al Səud bu müqəddəs kitabı yenidən nəşr etdirməyi qərara almışdı, çünki həmin vaxt Quranın bütün nəşrləri çox köhnəlmişdi. Ölkədə elan olunmuş müsabiqəyə 18 variant göndərilmişdi. Lakin məlik Quranın məhz Mədinə versiyasını seçmişdi, çünki onun gözəl yaşıl üzlüyü, heyrətamiz və gözoxşar şrifti vardı.
Mədinə Quranının yeni versiyası səhifələrin yaxşılaşdırılmış görkəmi və rəngarəngliyi ilə fərqlənir, burada qızılı şrift üstünlük təşkil edir. Yeni nəşr 40 milyon tirajla buraxılmışdır. Onu artıq mart ayının axırlarında paylamağa başlayacaqlar. Bir nüsxənin nəşri 7,9 dollara başa gəlmişdir, lakin o, pulsuz paylanacaqdır.
Yeri gəlmişkən, ötən 20 ildən artıq dövrdə 300 milyondan çox nüsxə nəşr edilmişdir.