“Məğrib Ərəb Press” agentliyinin baş direktoru uzun sürən xəstəlikdən sonra vəfat edib
Bakı, 8 aprel, AZƏRTAC
Mərakeş Krallığının “Məğrib Ərəb Press” (MAP) agentliyinin baş direktoru Xəlil Haşimi İdrisi uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, İdrisi 1956-cı il avqustun 14-də Kasablankada anadan olub. Uzun illər kütləvi informasiya vasitələrinin və kommunikasiyaların inkişafı sahəsində çalışıb. O, krallıqda məşhur olan həftəlik “Maroc Hebdo İnternational” jurnalının, daha sonra fransız dilində çıxan “Aujourd'hui le Maroc” qəzetinin baş redaktoru olub.
2008-ci ildə Mərakeş Qəzet Naşirləri Federasiyasının sədri seçilən Xəlil Haşimi İdrisi, 2011-ci ildə isə MAP-ın baş direktoru təyin edilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]