“MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR” FİLMİ HAZIRDIR
AZƏRTAC xəbər verir ki, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində İranda yaşayıb-yaratmış böyük Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Şəhriyarın ömür yolundan və yaradıcılığından bəhs edən “Məhəmmədhüseyn Şəhriyar” adlı sənədli filmin istehsalı başa çatmışdır.
Çəkilişləri əsasən Tehran və Təbriz şəhərlərində aparılmış filmin rejissoru əməkdar incəsənət xadimi Ənvər Əbluc, quruluşçu operatoru Mahir Cahangirov, redaktoru Vüqar Tapdıqlıdır.
Filmdə müasirləri Şəhriyar haqqında maraqlı xatirələrini danışırlar.
Film tamaşaçılara bu yaxınlarda AzTV vasitəsilə təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:14]
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi
- 15.10.2026 [12:41]
QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir
- 15.10.2026 [12:20]
Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO
- 15.10.2026 [12:20]
Milli Kitabxanada “Xalq artisti Ramiz Mustafayev - 100” adlı sərgi açılıb
- 15.10.2026 [12:05]