Məktəbdə “Xocalı” tamaşası nümayiş olunmuşdur
Bakı, 25 fevral (AZƏRTAC). Bakı şəhərindəki 190 nömrəli orta məktəbdə Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunmuş tədbir çərçivəsində “Xocalı” tamaşası nümayiş etdirilmişdir.
AZƏRTAC xəbər verir ki, tamaşadan əvvəl məktəblilərin Xocalı soyqırımı mövzusunda çəkdikləri rəsmlərə baxış olmuş və faciənin qurbanları bir dəqiqəlik sükutla yad edilmişlər.
Məktəbin direktoru Afət Bakıxanova Xocalı soyqırımının mahiyyəti və acı nəticələri barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin təşkilatçılığı ilə təqdim olunmuşdur.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən “Günay” Uşaq Teatrının ifasında nümayiş olunmuş tamaşa şairə Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında səhnələşdirilmişdir.
Böyük maraqla izlənilmiş tamaşanın rejissoru Larisa Tarusova, baletmeyster Günəş Talıblıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]