MƏKTƏBLƏRDƏ İNTERNET KOMPÜTER MƏRKƏZİ YARADIR
ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi, “Project Harmony” təşkilatı tərəfindən idarə olunan Azərbaycan Məktəb Əlaqələndirmə Proqramı bu ilin sonunadək Bakı, Əli Bayramlı və Naftalan şəhərlərinin, Naxçıvan Muxtar Respublikasının, Kürdəmir, Salyan, Şamaxı, Yevlax, Göyçay və Quba rayonlarının 25 məktəbində internet kompüter mərkəzi açacaqdır.
“Project Harmony” təşkilatından AZƏRTAC-a bildirmişlər ki, həmin mərkəzlərdə mütəxəssislərin köməyi ilə treninq proqramları və “onlayn” rejimində layihələr həyata keçiriləcəkdir. Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran və Bərdə məktəblərində 25 internet kompüter mərkəzi fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]