MƏKTƏBLƏRDƏ “VALİDEYN-MÜƏLLİM ASSOSİASİYALARI” YARADILIR
Ümidli Gələcək Gənclər Təşkilatı Təhsil Nazirliyi ilə birgə YUNİSEF-in maliyyə dəstəyi ilə “Valideyn-müəllim Assosiasiyalarının yaradılması” adlı layihə həyata keçirir.
Təşkilatdan AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində respublikanın müxtəlif regionlarını əhatə edən 15 məktəbdə “Valideyn-Müəllim Assosiasiyası” (VMA) yaradılmışdır. Təsis konfranslarında bu qurumların nizamnamələri qəbul olunmuş, strukturu, fəaliyyət proqramları müəyyənləşdirilmişdir.