Məmməd Abbasbəyli: Birinci yarımildə 35 min 685 mənşə sertifikatı verilib
Bakı, 31 iyul, AZƏRTAC
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 2023-cü ilin birinci yarımili ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə ümumilikdə 35 min 685 mənşə sertifikatı verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
O bildirib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4 faiz artımdır. 2022-ci ilin yanvar-iyun ayının nəticələrinə əsasən, qeyd edilən dövrdə 29 min 148 mənşə sertifikatı verilib.
Hesabat dövründə CT-1 formalı mənşə sertifikatı 28 min 807 ədəd, “Ümumi” formalı mənşə sertifikatı 6271 ədəd və “A” formalı mənşə sertifikatı isə 607 ədəd təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:21]
® Qızıl kreditini bu banka gətirənlərə endirim var
- 09.06.2026 [16:17]
Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb
- 09.06.2026 [15:58]
Aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb
- 09.06.2026 [14:37]