Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Bakı, 26 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9 faiz, faiz dəhlizinin aşağı həddi 7.5 faiz, faiz dəhlizinin yuxarı həddi isə 10 faiz səviyyəsində dəyişməz saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu qərar aparılmış makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla verilmişdir.

Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam etmişdir. İyun ayında əvvəlki aya nəzərən 0.9%-lik deflyasiya qeydə alınmışdır. İllik inflyasiya iyunda 10.6% təşkil etmişdir ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış son illərin pik səviyyəsi ilə müqayisədə 5 faiz bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 11.5%-ə enmişdir.

İllik inflyasiya həm xarici, həm də daxili amillərdən təsirlənərək azalmışdır. Tərəfdaş ölkələrdə inflyasiyanın azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması inflyasiyaya azaldıcı təsir etmişdir.

Qiymətləndirmələrə görə ticarət tərəfdaşı olan ölkələr üzrə orta çəkili inflyasiya cari ilin iyununda ötən ilin oktyabrında müşahidə edilən pik səviyyə ilə müqayisədə 2 dəfədən çox azalmışdır. Bu əsasən qlobal iqtisadi aktivliyin zəifləməsi, qlobal enerji qiymətlərinin azalması və əksər ölkələrdə həyata keçirilmiş sərt pul siyasəti ilə izah edilir. Dünya Bankının əmtəə bazarları haqqında son hesabatına əsasən iyunda illik əsasda əmtəə qiymətləri 37.1%, o cümlədən enerji qiymətləri 45.1%, qeyri-enerji qiymətləri 15.1% enmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə ərzaq qiymətləri iyunda illik əsasda 20.9% azalmışdır. Eyni zamanda valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi (I yarımillikdə 10.3%), qəbul edilmiş pul siyasəti qərarları monetar şərait vasitəsilə inflyasiya təzyiqlərini azaltmışdır. Xarici mühitin əlverişli olması, ölkənin qeyri-neft ixrac potensialının yüksəlməsi valyuta bazarında tarazlığın dəstəklənməsində xüsusi rol oynamışdır. 2023-cü ilin I rübündə cari hesablar balansının profisiti 3.4 mlrd. ABŞ dolları və ya ÜDM-in 18.9% səviyyəsində olmuşdur. Xarici sektorda müsbət proseslər növbəti rübdə də davam edir.

İnflyasiya tempində müşahidə olunan azalmaya baxmayaraq xarici mühitin yüksək dəyişkənliyi, məcmu tələbin izafi genişlənməsi riski inflyasiyaya artırıcı təsir edən amillər kimi qiymətləndirilə bilər. Davam edən geosiyasi münaqişə zəminində beynəlxalq logistika zəncirinin pozulması, bir sıra ölkələrdə inflyasiyanın uzun müddət hədəf səviyyələrindən yuxarıda qalması gözləntiləri müxtəlif kanallarla inflyasiya proseslərinə təsir potensialını saxlayır.

Ümumilikdə inflyasiyanı azaldan amillərin güclənməsi ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəfə yaxınlaşması ehtimalını artırır.

Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində islahatları davam etdirir. Faiz dəhlizi parametrlərinin dinamikası, pul siyasəti alətlərinin adekvat tətbiqi və makro-prudensial tələblərdə edilən dəyişikliklər məcmu tələbin izafi artımını məhdudlaşdırmaqdadır. Pul bazarında əməliyyatlar üzrə orta faiz dərəcələri faiz dəhlizinin dəyişiminə reaksiya verməkdə davam edir. May ayından başlayaraq gündəlik əsasda açıqlanan və banklar arasında milli valyutada bağlanan təminatsız əqdlərin orta çəkili faiz dərəcəsini əks etdirən AZIR (Azerbaijan Interbank Rate) indeksi artım meyillidir. Belə ki, cari ilin əvvəlindən bəri 1 günlük AZIR indeksi 1.87, 1 həftəlik AZIR indeksi isə 1.04 faiz bəndi qalxmışdır. Pul təklifinin daha effektiv tənzimlənməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin daha da məhdudlaşdırılması və de-dollarlaşma meyillərinin dəstəklənməsi üçün məcburi ehtiyat normalarının diferensiallaşdırılması qaydasına yenidən baxılmışdır. Qərara alınmışdır ki, 2023-cü ilin iyul ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun hesablamalı və növbəti saxlama dövründən (2023-cü ilin 15 avqust tarixindən) etibarən məcburi ehtiyatları yeni normalara uyğun saxlamalıdırlar. Məcburi ehtiyat normalarının hüquqi şəxslərin depozitlərinin məbləğindən asılı olaraq diferensial tətbiqi likvidliyin təmərküzləşməsini azaltmağa və əlavə vəsaitin sterilizasiyasına imkan yaradacaqdır.

Mərkəzi Bank pul siyasəti ilə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcəkdir.

Pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il sentyabrın 20-də açıqlanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: Turun son oyunlarında “Sabah” və “Səbail” qalib gəlib

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti: Yaxın günlərdə Azərbaycana səfər edəcəyəm

BDU-nun 7 komandasının hamısı “Robotex Türkiyə”nin yarımfinal mərhələsində qalib olub

İtaliyalı gimnast: Əziyyətimin bəhrəsini gördüm

Xaçmazda iki obyektdə yanğın olub

Ukrayna ordusu Krımda Rusiyanın hərbi gəmisinə zərbələr endirib

Bakının dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülüb VİDEO

GİN-in şöbə müdiri: Bakının beynəlxalq yarışlara ev sahibliyi etməsi ölkədə idman dəyərlərinin formalaşmasına təsir göstərir

Qızıl medal qazanan gimnast: Azərbaycan xalqına təşəkkür edirəm

İsabel Bonnal: Sevindirici haldır ki, Azərbaycan idmanın inkişafına hər zaman öz töhfəsini verib VİDEO

Bədii gimnastika üzrə Dünya Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası üç bürünc medal qazanıb VİDEO

ACES-in prezidenti: Bakının 2026-cı ildə dünyanın idman paytaxtı seçiləcəyinə inanıram VİDEO

Fukuşima AES-in suyunun okeana axıdılmasının 5-ci mərhələsi başlayıb

Türkiyədə 2028-ci ildən bütün vaksinasiya proqramları yerli peyvəndlər hesabına həyata keçiriləcək

Norveç XİN Azərbaycan və Ermənistan arasında sərhədin müəyyən hissəsində delimitasiya razılaşmasını alqışlayıb

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazanıb

Lətif Qəndilov: Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər uğurla inkişaf edir

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı” keçirilib

Azərbaycanın 6 gimnastı Avropa çempionatında iştirak edəcək

Türkiyə Prezidenti 12 illik fasilədən sonra İraqa rəsmi səfər edəcək

Hacıqabulda minik avtomobili aşıb, 8 nəfər xəsarət alıb VİDEO

Dünya Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası bürünc medal qazanıb VİDEO

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

Zaqatala, Balakən və Qaxda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 15 mərkəzdə aparılıb

Mingəçevir Dövlət Universiteti Ali Təhsil Liderlik Forumunda təmsil olunub

Magistral yollarda görmə məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Şəkidə 64 yaşlı qadın itkin düşüb

Azərbaycan gimnastı Dünya Kubokunda beşinci olub

İsveç portalı Azərbaycanda minatəmizləmə fəaliyyətindən yazıb

Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Bakıda yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacaq

Qubadlıda top mərmiləri aşkar edilib

Qubada atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri barədə tədbirlər görülüb

Azərbaycan Cüdo Federasiyasının baş katibi yeni vəzifəyə təyin olunub

Ukrayna-Polşa sərhədində 1700-dən çox yük avtomobili növbə gözləyir

Çin Yerin uzaqdan zondlama peykini orbitə çıxarıb VİDEO

Hərbi Polisin yaranmasının 32-ci ildönümü qeyd edilib VİDEO

Faktiki hava: Naxçıvanda və Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

Dünya Kuboku: Azərbaycan gimnastları final mərhələsində mübarizə aparacaqlar

Türkiyədə narkotik vasitələrin satışında şübhəli bilinən 200-ə yaxın şəxs saxlanılıb

Ceyranbatan su anbarında meyit tapılıb

Kürdə batan qızın meyiti tapılaraq sudan çıxarılıb VİDEO

Bu gün İspaniya La Liqasında “El-Klassiko” baş tutacaq

Hazırda Qərbi Azərbaycan məsələsinin tədqiq və təbliğ edilməsi zərurəti yaranıb

Yaponiyada iki hərbi helikopterin toqquşması nəticəsində ölən və itkin düşənlər var

ABŞ-da əyləncə gecəsində atışma baş verib, 2 nəfər ölüb, 14 nəfər yaralanıb

Ukraynaya yardım haqqında qanun layihəsi aprelin 23-də ABŞ Senatında səsverməyə çıxarılacaq

Tayvan sahillərində 5,1 bal gücündə zəlzələ baş verib

Mərakeşdə Azərbaycanın zəngin mədəniyyəti və adət-ənənələri təqdim edilib

Böyük Britaniyanın müdafiə naziri ABŞ-ın Ukraynaya yardımına münasibət bildirib

Rumıniyada 12 milyon dollar dəyərində oğurlanmış rəsm əsərlərindən biri tapılıb

Bəzi ölümcül bakteriyalar “vampirlər kimi” insan qanı ilə qidalanır

Bu gün DİM ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir

İsveçdə ən çox hansı xəstəliklərə yoluxurlar?

“Kriminal qiraət” filminin 30 illiyi qeyd edilib

Pentaqon: ABŞ Kiyevdəki səfirliyinə əlavə hərbi müşavirlər göndərə bilər

Araşdırma: Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər

Türkiyədə səfərdə olan türkdilli dövlətlərdən bir qrup uşaq böyük sevinclə qarşılanıblar

Fontenbloda “Alfa Romeo” vintaj yarış avtomobilləri hərraca çıxarılır

Londonda keçirilən festivalda Azərbaycan rəqsi nümayiş olunub VİDEO

Federasiya Kuboku: “Mançester Siti” “Çelsi”ni məğlub edərək finala yüksəlib

Dövlət Akademik Filarmoniyasında "Fərəc Qarayevin portreti" layihəsi çərçivəsində konsert proqramı olub

Zelenski: ABŞ Konqresi tarixi gedişatın düzgünlüyünü qorudu

Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək

Gürcü politoloq: Azərbaycanın 4 kəndinin işğaldan azad olunması Prezident İlham Əliyev diplomatiyasının uğurudur

İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB

Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir

Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb

Maliyyə naziri: Azərbaycan Orta Dəhlizin reallaşdırılması üçün öz üzərinə düşən işləri tam yerinə yetirib

Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq

ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib

Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb

Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib

Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO

Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb

Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib

Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib

Vaşinqtonda “İqlim maliyyəsi üçün qlobal fəaliyyətin təmin edilməsi üzrə dialoq” mövzusunda tədbir keçirilib VİDEO

Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb

“Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi böyük həqiqətin növbəti təzahürüdür” - RƏY

Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır

FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb VİDEO

Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib

Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir

Aerokosmik Modelçilik Festivalının qalibləri mükafatlandırılıb

Premyer Liqa: "Qəbələ" "Qarabağ" səfərindən xalla qayıdıb

“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO

Belçikalı gimnast: Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir

Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır

“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub

Nurlana Məmmədzadə: Bədii gimnastika ölkəmizdə qızlar arasında ən populyar idman növüdür

Bu gün Bakının 551 küçəsi yuyulub

Baş katib: Gənc gimnastlarımız Bakıdakı Dünya Kubokunda təcrübələrini daha da artıracaqlar

Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin ikinci Baş Assambleya iclası keçirilib

“Ailədaxili mübahisələrin mediasiya prosesləri vasitəsilə həllində psixoloqların rolu” mövzusunda konfrans keçirilib

® “Bakcell” 100000GB kütləvi hədiyyə paylayır!

Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub