Mərkəzi Bankın sədri Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüşüb
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüşüb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı ölkənin maliyyə sisteminin davamlı inkişafının təmin olunmasında ödəniş xidmətlərinin genişləndirilməsi və bank olmayan ödəniş xidmət təchizatçılarının ödəniş bazarında rolunun gücləndirilməsi istiqamətləri müzakirə edilib.
Görüşdə fintex nümayəndələrinin qanunvericilik layihələri ilə bağlı, həmçinin cari fəaliyyətlərində qarşılaşdıqları məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Mərkəzi Bankın ödəniş xidmətləri bazarlarının inkişafı istiqamətində apardığı islahatlar və həyata keçirtdiyi layihələr, habelə nağdsız ödənişlərin genişləndirilməsi üzrə təşəbbüslər barədə məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]