Mərkəzi Klinika: Deputat Qənirə Paşayevanın ümumi vəziyyəti ağır olaraq qalır
Bakı, 28 sentyabr, AZƏRTAC
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın müalicəsi Mərkəzi Klinikanın ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Məlumatı AZƏRTAC-a Mərkəzi Klinikanın mətbuat xidmətindən veriblər. Klinikadan bildiriblər ki, aparılan kompleks müalicəyə baxmayaraq Q.Paşayevanın ümumi vəziyyəti ağır olaraq qalır.
Xatırladaq ki, sentyabrın 23-də millət vəkili Paşayeva Qənirə Ələsgər qızı septiki şok vəziyyətində Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub. Deputatın səhhəti ilə bağlı məsələlər ilk gündən Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir. Heydər Əliyev Fondunun əməkdaşları Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Mehriban Əliyevanın tapşırığı ilə Türkiyədən konsultasiyaya cəlb edilmiş həkim mütəxəssisləri ilə daim əlaqədədir. Bakıya dəvət edilmiş türkiyəli həkimlə yanaşı, mütəmadi olaraq qardaş ölkədə olan digər həkimlərlə də videobağlantı formatında məsləhətləşmələr aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:43]
Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
- 11.06.2026 [12:31]
DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb
- 11.06.2026 [12:23]
Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO
- 11.06.2026 [12:12]
Bakı, Sumqayıt və Abşeron üzrə bu ayın pensiyaları sabah ödəniləcək
- 11.06.2026 [12:00]