Mərkəzi Seçki Komissiyası KİV nümayəndələri üçün yaddaş kitabçası nəşr etdirib
Bakı, 27 noyabr, AZƏRTAC
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə proqramı çərçivəsində “Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün yaddaş” kitabçası hazırlanıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, layihə kütləvi informasiya vasitələrinin bələdiyyə seçkilərindəki sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və onlara metodiki kömək göstərilməsinə hədəflənib.
Nəşrdə seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin edilməsi, seçki subyektlərinin maarifləndirilməsi, habelə seçkiqabağı təşviqat prosesi və səsvermə günü kütləvi informasiya vasitələrinin rolu və vəzifələri geniş izah olunub.
Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, “Kütləvi informasiya vasitələri haqqında” Qanun və MSK tərəfindən qəbul edilən normativ xarakterli sənədlər əsasında hazırlanıb.
"Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından və MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) də əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [13:21]
Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?
- 30.06.2026 [14:00]
Milli Məclisin iclasında 14 məsələ üzrə qərarlar qəbul edilib YENİLƏNİB
- 16.06.2026 [17:26]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 12.06.2026 [12:06]
Koordinasiya Şurası ölkə risk qiymətləndirilməsi hesabatını təsdiqləyib
- 11.06.2026 [17:07]
Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi
- 09.06.2026 [15:55]