MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, senytabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə MSK-nın katibi Natiq Məmmədov namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin Azərbaycan Respublikası prezidentliyinə namizədliyinin qeydə alınması məsələsi barədə məlumat vermişdir.
Komissiya həmin şəxsin namizədliyinin qeydə alınması barədə qərar qəbul etmişdir. “Yaşıl siyasət” təşəbbüs qrupunun namizədi Mayıs Gülalı oğlu Gülalıyevin namzədliyinin qeydə alınmasından isə imtina edilmişdir.
Mərkəzi Seçki Komissiyası 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlərə baxmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT DTİHB-in Seçki Müşahidə Missiyasının üzvləri, ATƏT-in Bakı ofisinin, Böyük Britaniya səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
- 16.06.2026 [13:40]