Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin illik hesabat jurnalı çapdan çıxıb
İstanbul, 4 fevral, AZƏRTAC
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin illik hesabat jurnalının ötən ilə dair nömrəsi çap edilib.
AZƏRTAC xəbər verir ki, jurnalın “Sülh və dialoq üçün təşəbbüs” adlı sayında bu qurumun ötənilki fəaliyyəti, müxtəlif ölkələr, o cümlədən Azərbaycanla münasibətlər, görülən işlər və birgə layihələrin reallaşdırılması ilə bağlı müxtəlif məqalələr dərc olunub.
Nəşrdə 2020-ci ildə keçirilən 45 dövlət və 17 ölkə rəhbərinin iştirak etdiyi XXIII Avrasiya İqtisadi Zirvəsində müzakirə olunan “COVID-19-dan sonrakı dünya üçün qlobal əməkdaşlıq” məsələləri və Azərbaycan Prezidenti İlham Əliyevin zirvəyə mesajı geniş yer alıb.
Bundan əlavə jurnalın bu nömrəsində yer alan “Davamlı enerji siyasəti koronavirus pandemiyasından sonra Avrasiyada necə formalaşacaq?” başlıqlı yazıda SOCAR-ın ötənilki fəaliyyətindən bəhs edilir. Jurnalda vəqfin üzlərinin ölkəmizin İstanbuldaki yeni baş konsulu ilə görüşü, “Davam edən sosial vəziyyət - Dağlıq Qarabağ sessiyası” mövzusu və Azərbaycanın rəsmi şəxslərinin XXIII Avrasiya İqtisadi Zirvəsində çıxışlarına dair yazılar yerləşdirilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul