MƏŞHUR YAPON AKTYORU İOSUKE KOBADZUKA ÖZÜNÜ DOQQUZUNCU MƏRTƏBƏDƏN ATMIŞ... VƏ SAĞ QALMIŞDIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, polisin verdiyi ilkin məlumata görə, 25 yaşlı Kobadzuka özünə sui-qəsd etməyə cəhd göstərmişdir. Aktyorun həyat yoldaşının sözlərinə görə, Kobadzuka eyvanda gəzişdiyi vaxt qəfildən aşağı tullanmışdır. Gənc aktyor 26 metrlik hündürlükdən evin ətrafına çəkilmiş məftil torun üstünə düşmüşdür.
Mənbənin verdiyi məlumata görə, Kobadzuka xəstəxanaya çatdırılmışdır və indi onun həyatı üçün təhlükə yoxdur. İosuke Kobadzuka Yaponiyanın bir sıra populyar, o cümlədən qanqsterlər haqqında kinofilmlərində çəkilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]