Məsim Məmmədov: Gələn il Laçında yeni yaşayış məhəllələrinin tikintisi planlaşdırılır
Laçın, 30 noyabr, Leyla Muradzadə, AZƏRTAC
Laçın rayonunun Şəlvə və Pircahan kəndlərində bərpa-tikinti işlərinin 2026-cı ildə başlaması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O, həmçinin Yeni Qorçu qəsəbəsində artıq söküntü işlərinə başlanıldığını və gələn ildən orada da tikinti prosesinin start götürəcəyinə ümid etdiklərini bildirib.
Prezidentin xüsusi nümayəndəsi Laçın şəhərində 2023-cü ildə təməli qoyulan yeni yaşayış məhəlləsinin layihələndirmə işlərinin də artıq yekunlaşdığını vurğulayıb. O əlavə edib ki, gələn il yeni yaşayış məhəllələrinin tikintisi planlaşdırılır. Həmçinin, Laçın şəhərində yeni obyektlərin istifadəyə verilməsi gözlənilir.
Xüsusi nümayəndə Güləbird kəndində də bərpa-tikinti işlərinin davam etdiyini diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [15:51]
Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir
- 04.06.2026 [15:44]
Energetika naziri Ağdamda vətəndaşlarla görüşəcək
- 04.06.2026 [15:24]
Cəlilabadda toy hazırlığına gedənlər qəzaya düşüb, xəsarət alanlar var
- 04.06.2026 [14:44]
Xankəndi şəhəri fasiləsiz içməli su ilə təmin edilir
- 04.06.2026 [13:47]
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
- 04.06.2026 [13:04]