Məsim Məmmədov: Laçın şəhərinə köçürülmüş əhalinin sayı 3 mindən çoxdur
Laçın, 26 avqust, Gülay Nəzərova, AZƏRTAC
Laçında bərpa işləri davam edir. Laçında bərpa işi ilə bağlı “Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı” başa çatıb. Bununla yanaşı, Laçın yaxınlığında olan Zabux, Bəylik və Sus kəndlərində yaşayış evləri inşa edilib, ora sakinlər köçürülüb. Laçına köçürülmüş əhalinin sayı 3 min 600-ə yaxındır. Bu proses davam edir.
Bunu AZƏRTAC-a açıqlamasında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.
"Sosial obyektlər, məktəb və uşaq bağçaları tikilir. Bu ilin sentyabrından etibarən yeni yaşayış kompleksinin inşasına başlamağı planlaşdırırıq. Layihə son mərhələdədir. Həmçinin 2027-ci ildə Şəlvə kəndində yaşayış evlərinin tikilməsi nəzərdə tutulur", - deyə M.Məmmədov deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]