“MƏXMƏRİ İNQİLAB”DAN SONRA GÜRCÜSTANIN YENİ HÖKUMƏTİNDƏ İLK KADR DƏYİŞİKLİYİ EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın baş naziri Zurab Jvaniya iyunun 1-də jurnalistlər üçün təşkil olunmuş brifinqdə “Məxməri inqilab”dan sonra yeni hökumətin tərkibində ilk kadr dəyişikliyi edildiyini bildirmişdir. Baş nazir 27 yaşlı iqtisadiyyat naziri İrakli Rexviaşvilini rusiyalı oliqarxlar arasında 22-ci yeri tutan məşhur biznesmen, mayın 28-29-da Tbilisidə keçirilən Gürcüstan-Rusiya biznes konfransının iştirakçısı Kaxa Bendukidzenin əvəz edəcəyini demişdir. Baş nazir hökumətin yaxın günlərdə daha bir neçə kadr və struktur dəyişiklikləri planlaşdırdığını bəyan etmişdir. Onun sözlərinə görə, Moskvada fəaliyyət göstərən K.Bendukidze hazırda Tbilisidədir və 2-3 günə yeni vəzifədə işə başlayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]
Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]