MİLLİ BANKIN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
2002-ci il oktyabrın 1-nə olan məlumata görə, banklar tərəfindən cəlb edilmiş əmanət və depozitlərin həcmi 2008,2 milyard manat olmuşdur. Bunun 314,9 milyard manatı (15,7 faizi) manatla, 1693,3 milyard manatı (84,3 faizi) isə valyuta ilə cəlb edilmişdir. Bu məbləğin 688,4 milyard manatı və ya 34,3 faizi fiziki şəxslər, 1319,8 milyard manatı və ya 65,7 faizi hüquqi şəxslər tərəfindən yerləşdirilmişdir.
X X X
Milli Bankın mətbuat xidməti bildirir ki, oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 2436,9 milyard manat təşkil etmişdir. Bu, sentyabrın 1-nə olan göstəricidən 55,5 milyard manat və ya 2,3 faiz çoxdur. Kredit qoyuluşlarının 602,7 milyard manatı və ya 24,7 faizi vaxtı keçmiş kreditlərin payına düşür.
Kreditlərin 1699,9 milyard manatı qısamüddətli, 737 milyard manatı isə uzunmüddətlidir. Qısamüddətli kreditlərin 526,7 milyard manatı, uzunmüddətli kreditlərin isə 76 milyard manatı vaxtı keçmiş kreditlərdir.
Dövlət bankları tərəfindən iqtisadiyyata 1115,7 milyard manat, özəl banklar tərəfindən 919,7 milyard manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 401,4 milyard manat kredit qoyulmuşdur. Kreditlərin 739,5 milyard manatı (30,3 faizi) dövlət sektoruna, 1697,4 milyard manatı (69,7 faizi) isə özəl sektora yönəldilmişdir.
X X X
Oktyabrın 1-nə dövriyyədə olan pul kütləsinin həcmi 1765,2 milyard manat təşkil etmişdir. Bu, ilin əvvəlinə olan göstəricidən 0,5 faiz çoxdur. Pul kütləsinin 1450,2 milyard manatı nağd pul vəsaitlərinin, 315 milyard manatı isə nağdsız vəsaitlərin payına düşür. 2001-ci lin müvafiq dövrünə nisbətən, nağd pul kütləsi 10 faiz, qeyri-nağd pul kütləsi isə 10,3 faiz artmışdır.