MİLLİ BANKIN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
“Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 10 sentyabr 2002-ci il tarixli Fərmanına uyğun olaraq, Milli Bankın İdarə heyətinin qərarı ilə Azərbaycan Mikromaliyyələşdirmə Qapalı Səhmdar Bankına, fəaliyyətinin ilk iki ili ərzində əhalidən əmanətlərin cəlb edilməsi istisna olunmaqla, bütün növ bank əməliyyatları aparmaq üçün lisenziya verilmişdir.
Azərbaycan Mikromaliyyələşdirmə Qapalı Səhmdar Bankının nizamnamə fondu 5 milyon ABŞ dolları təşkil edir. Onun təsisçiləri Avropa Yenidənqurma və İnkişaf Bankı (35 faiz), Beynəlxalq Maliyyə Korporasiyası (35 faiz), Qara Dəniz Ticarət və İnkişaf Bankı (25 faiz) və Almaniyanın “LFS” məsləhət şirkətidir (5 faiz). Bank kiçik sahibkarlığın kreditləşdirilməsi ilə məşğul olacaqdır.