Milli Kitabxanada “31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür” adlı sərgi açılıb
Bakı, 29 mart, AZƏRTAC
Milli Kitabxanada 1918-ci ilin mart soyqırımında ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliam haqqında həqiqətlərin təbliği məqsədilə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür” adlı ənənəvi kitab sərgisi açılıb.
Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib. Sərgidə ermənilərin türk-müsəlman əhalisinə qarşı soyqırımı, onun acı nəticələri, sənədlər toplusu, arxiv materialları, soyqırımı və deportasiyaların ilkin mərhələləri haqqında tədqiqatlar, həmin dövrün mətbuat orqanlarının materialları əsasında və işğalçılarla döyüşmüş insanların, hadisələrin şahidlərinin xatirələri əsasında nəşr olunan kitablar, zaman-zaman ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətliamdan bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:31]
Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub
- 27.09.2026 [17:46]
Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb
- 27.09.2026 [12:25]
Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib
- 26.09.2026 [18:04]
Tacikistanın Baş naziri Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
- 26.09.2026 [10:52]
Şuşada “Qarabağ gecəsi” xeyriyyə konserti
- 25.09.2026 [19:40]