Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ MƏCLİS 2005-Cİ İLİN DÖVLƏT BÜDCƏSİ HAQQINDA QANUN LAYİHƏSİNİN MÜZAKİRƏSİNƏ BAŞLAMIŞDIR

AZƏRTAC xəbər verir ki, noyabrın 2-də Milli Məclis “Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başlamışdır.

İclasa sədrlik edən Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə demişdir ki, gələn ilin dövlət büdcəsi möhkəm iqtisadi təməl üzərində qurulmuşdur. Gələn il ölkə iqtisadiyyatında yeni mərhələ olacaqdır. Bu, özünü büdcənin gəlir və xərclər hissəində açıq büruzə verir.

Sonra layihə ilə bağlı maliyyə naziri Əvəz Ələkbərov məlumat vermişdir. O demişdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi-iqtisadi strategiya respublikada makroiqtisadi və makromaliyyə sabitliyini keyfiyyətcə yeni səviyyəyə qaldırmağı, iqtisadi subyektlərdə struktur dəyişikliklərini daha sürətlə aparmağı, iqtisadi artıma və əhalinin rifahının daha da yüksəlməsinə nail olmağı qarşıya mühüm vəzifə kimi qoymuşdur. Dövlətimizin başçısı tərəfindən ölkəmiz üçün fundamental əhəmiyyətə malik, proqram xarakterli bir neçə fərman və sərəncam imzalanmışdır. Bu sənədlər Azərbaycanın sosial-iqtisadi həyatının əsas istiqamətlərinə, eləcə də qeyri-neft sektorunun inkişafına, regionlarda sahibkarlığın geniş vüsət almasına, oradakı əmək ehtiyatlarından və təbii resurslardan səmərəli istifadə edilməsinə, işsizliyin azaldılmasına geniş imkanlar açmışdır.

Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi məqsədi ilə Prezidentin verdiyi tapşırıqların icrası ilə əlaqədar 2004-ci ildə dövlət büdcəsinin gəlir və xərc hissəsinə yenidən baxılaraq, 516,4 milyard manat artıma nail olunmuşdur. Təbii ki, bu cür artımlar, dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət gələn ilin dövlət büdcəsində gəlir və xərc hissəsinin əsaslı surətdə artımına təkan vermişdir. 2005-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 19,7 faizi həcmində mütləq ifadədə 9 trilyon 422 milyard manat olacaqdır ki, bu da 2004-cü ilin proqnozuna nisbətən 25,3 faiz, gözlənilən icraya nisbətən isə 20,1 faiz çoxdur. Büdcə gəlirlərinin strukturunda vergi orqanlarının xüsusi çəkisi 70,4 faiz, gömrük orqanlarının xüsusi çəkisi 15,4 faiz, sair daxilolmalar isə 14,2 faiz olacaqdır. 2005-ci ildə Vergilər Nazirliyi üzrə 6 trilyon 632 milyard manat, Dövlət Gömrük Komitəsi üzrə 1 trilyon 450 milyard manat büdcə daxilolmaları nəzərdə tutulmuşdur. Dövlət büdcəsinin tərkib hissəsi olan yerli gəlirlər (büdcədənkənar vəsaitsiz) 865,1 milyard manat müəyyənləşdirilmişdir.

Gələn ilin dövlət büdcəsinin xərcləri isə büdcə kəsirinin maliyyələşmə mənbələri nəzərə alınmaqla 10 trilyon 1 milyard manat olacaqdır. 2005-ci il dövlət büdcəsinin xərcləri ABŞ dolları ilə 2 milyard 30 milyonu keçmişdir ki, bu da 2004-cü ilə nisbətən 456,0 milyon dollar artım deməkdir.

İqtisadi inkişaf naziri Fərhad Əliyev isə büdcənin digər parametrləri ilə bağlı məlumat vermişdir. O demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin gələcək sosial-iqtisadi inkişafı üçün əlverişli şərait yaranmışdır. 2004-cü ilin yanvar-sentyabr aylarında iqtisadi artım davam etmiş, ümumi daxili məhsulun həcmi artaraq 29 trilyon 689,1 milyard manat təşkil etmişdir ki, bu da 2003-cü ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz çoxdur. ÜDM-in adambaşına düşən həcmi 3 milyon 633,1 min manat və yaxud da 738,9 ABŞ dolları olmuşdur.

Hökumətin proqnozlarına görə 2004-cü ilin sonunadək ümumi daxili məhsulun həcminin 40,3 trilyon manata çatacağı gözlənilir. Belə olan halda ÜDM-in adambaşına düşən miqdarı isə 5,7 milyon manat olacaq.

İqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 17, 6 trilyon manat (3,6 milyard dollar) və ya keçən ildəkindən 45 faiz çox əsas kapitala sərmayə yönəldilmişdir.

2005-ci ildə, ilk növbədə, iqtisadi qanunvericilik bazası daha da təkmilləşdirilməsi, onun beynəlxalq tələblərə uyğunlaşdırılması prosesi davam etdiriləcək, sərmayə qoyuluşunun stimullaşdırılması, inhisarçılığın qarşısının alınması, kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılması, özəlləşdirilmə prosesinin sürətləndirilməsi və digər məsələlər öz həllini tapacaqdır. 2005-2008-ci illərdə makroiqtisadi sabitliyin qorunub saxlanmasına, yoxsulluğun azaldılmasına yönəlmiş iqtisadi siyasət tədbirləri davam etdiriləcəkdir.

Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov çıxışında ölkədə həyata keçirilən pul-kredit siyasətindən, gələn il gözlənilən inflyasiyadan, qeyri-neft sektoruna kredit qoyuluşunun artırılmasından və digər məsələlərdən danışımışdır. O demişdir ki, 9 ay ərzində manatın məzənnəsi 0,3 faiz möhkəmlənmişdir ki, bu da milli valyutamızın sabitliyini xarakterizə edir. Bütövlükdə manatın məzənnəsi artıq illik həcmi 6 milyard ABŞ dollarına çatmış valyuta bazarında bazar iqtisadiyyatı prinsipləri, yəni tələb və təklifin nisbəti ilə müəyyənləşir. Manatla pul kütləsi 9 ay ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz artaraq 3 trilyon manatı ötmüşdür. Pul kütləsinin artım tempi ÜDM-in artım tempini 3 dəfə üstələmişdir.

Vergilər naziri Fazil Məmmədov isə büdcə daxilolmaları və bu işdə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat vermişdir. O demişdir ki, 2004-cü ilin 9 ayında dövlət büdcəsinə proqnozda nəzərdə tutulan 3456,2 milyard manat əvəzinə, 3603,7 milyard manat vəsaitin daxil olması təmin edilmiş, proqnoza 104,3 faiz əməl olunmuşdur. Cari ilin sonunadək Vergilər Nazirliyi üçün müəyyən edilmiş proqnoza tam əməl olunacaqdır. Yəni, proqnoz müəyyən edilmiş 4900,0 milyard manat əvəzinə 5153,0 milyard manat icra olunacaqdır.

Dövlət gömrük komitəsinin sədri Kəmaləddin Heydərov çıxışında gələn ilin büdcəsi ilə bağlı fikirlərini açıqlamışdır. Bildirilmişdir ki, 2005-ci ildə Komitə üçün 1 trilyon 450 milyard manat büdcə proqnozu müəyyən edilmişdir. Bu, 2004-cü illə müqayisədə 20,8 faiz çoxdur. Proqnozun təmin olunması üçün gömrük orqanları maliyyə intizamını, gömrük nəzarətini və qaçaqmalçılığa qarşı mübarizəni daha da gücləndirəcəklər.

Komitə sədri demişdir ki, gömrük nəzarətinin gücləndirilməsi gömrük prosedurlarının nisbətən mürəkkəbləşməsinə səbəb ola bilər. Ona görə də nəzarətin gücləndirilməsi ilə sadələşdirmənin təmin edilməsi arasında tarazlığın qorunub saxlanması gömrük orqanlarının qarşısında duran ən vacib məsələlərdəndir.

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, onun iqtisadi qüdrətinin daha da artırılması üçün mövcud problemlərin aradan qaldırılması, ölkədə sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, yersiz müdaxilələrin qarşısının alınması sahəsində gömrük orqanları qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə əməli tədbirlər həyata keçiriləcəkdir.

Sonra Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov 2005-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı mülahizələrini bildirmişdir. O demişdir ki, büdcənin layihəsi bilavasitə ölkəmizin Prezidentinin rəhbərliyi ilə işlənib hazırlanmışdır. Büdcədə çox yüksək inkişaf sürəti, yəni ümumi daxili məhsulun həcminin 14,1 faiz artımı nəzərdə tutulmuşdur. Bu artıma nail olmaq üçün real imkanlar vardır.

Sonra deputatlar gələn ilin büdcə layihəsi barədə təkliflərini söyləmişlər. Qeyd olunmuşdur ki, 2005-ci ilin dövlət büdcəsi sosial və sərmayəyönümlüdür. Proqnozlar gərgin olsa da, büdcənin yerinə yetiriləcəyi şübhə doğurmur.

Büdcə layihəsinin müzakirəsini Milli Məclisin növbəti iclasında davam etdirmək qərara alınmışdır.

İclasda Baş nazir Artur Rasizadə, Baş nazirin müavinləri, nazirlər, komitə sədrləri, şirkət, konsern və birliklərin rəhbərləri iştirak etmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir YENİLƏNƏCƏK

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq VİDEO

Sabah yağış yağacaq VİDEO

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr