MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Avropa Parlamentinin üzvü Yustas Palekis onlara göstərilən qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlığını bildirmişdir. O qeyd etmişdir ki, Azərbaycana səfərdən məqsəd enerji və təhlükəsizlik məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak etməkdir. Konfransda azərbaycanlı gənclərin böyük əksəriyyətinin Azərbaycanın gələcəyini Avropa ilə əlaqələrin inkişafında gördüyünü ifadə etmələri avropalı qonalarda xoş təəssürat yaratmışdır. Y.Palekis qeyd etmişdir ki, Azərbaycan Avropa Birliyi üçün böyük əhəmiyyət kəsb edir. Zəngin təbii ehtiyatlara malik olan Azərbaycanın xoşbəxt gələcəyi vardır. Ümid edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında həll olunduqdan sonra Azərbaycan daha da inkişaf edəcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.