MİLLİ MƏCLİSİN DEPUTATI SANKT-PETERBURQDA SƏFƏRƏ OLACAQDIR
Bakı, 8 may (AZƏRTAC). Milli Məclisin deputatı Elmira Axundova ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün mayın 11-dən 18-dək Sankt-Peterburqda səfərdə olacaqdır.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində ulu öndərə həsr olunmuş sərgi nümayiş etdiriləcək, Elmira Axundovanın müəllifi olduğu “Heydər Əliyev: şəxsiyyət və zaman”, “İslahatçı Prezident” çoxcildlik kitablarının təqdimatı olacaqdır. Deputatımız tədbirlərdə “Heydər Əliyev Naxçıvanın həyatında” mövzusunda məruzə ilə çıxış edəcək, dahi şəxsiyyətin həyat və fəaliyyəti barədə toplantı iştirakçılarına ətraflı məlumat verəcəkdir.