Milli Məclisin sədri Sahibə Qafarova türkiyəli həmkarına təbrik məktubu göndərib
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa Cümhuriyyət Bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova Mustafa Şentopu və onun simasında Türkiyə Böyük Millət Məclisinin üzvlərini, həmçinin qardaş Türk xalqını milli bayram - Türk Cümhuriyyətinin qurulmasının 98-ci ildönümü münasibətilə öz adından və Azərbaycan Respublikası Milli Məclisinin bütün üzvləri adından təbrik edib, daimi rifah, tərəqqi, sülh və əmin-amanlıq arzulayıb.
Milli Məclisin sədri tarixin sınağından çıxmış Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da davamlı olaraq möhkəmlənəcəyinə və regionda təhlükəsizliyin, sülhün, sabitliyin təminatçısı olacağına əminliyini ifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümünü qeyd edilib
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
- 14.08.2026 [14:39]
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub
- 14.08.2026 [11:07]