“Milliyet” qəzeti: “Mamagama” qrupu tolerant Azərbaycan modelidir
Ankara, 8 aprel, AZƏRTAC
Türkiyənin məşhur “Milliyet” qəzeti may ayında Bazel şəhərində keçiriləcək “Avroviziya-2025” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək “Mamagama” qrupuna həsr olunmuş məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalədə qrupun iştirakçılarının etnik tərkibinə diqqət ayrılıb. Qrupun tərkibinə vokalçı Asəf Mişiyev, gitaraçı Həsən Heydər və barabançı Arif İmanov daxildir.
Məqalədə 32 yaşlı dağ yəhudisi, “Mamagama”nı “əsl böyük ailə” və “Tolerant Azərbaycan modeli nümunəsi” adlandıran Mişiyevin sözlərindən sitat gətirilir.
Vokalçı qeyd edir ki, Bakıda dünyaya gəlib və burada da boya-başa çatıb, eyni zamanda, antisemitizmin heç bir təzahürü ilə rastlaşmayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]