MİNAYA DÜŞMÜŞLƏR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 4-də saat 18:30 radələrində Ağdam rayonunun Çəmənli kəndində Rövşən Bayramov yer şumlayarkən idarə etdiyi traktor minaya düşmüşdür. Nəticədə Rövşən Bayramov və qohumu Elvin Bayramov xəsarət almışlar. Vəziyyətləri qənaətbəxşdir.