MİNİ FUTBOL BLİTS TURNİRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, dekabrın 25-də Bakı İdman Sarayında 1994-1995-ci il təvəllüdlü futbolçular arasında Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş mini futbol blits turniri başa çatmışdır.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qeyd etmişdir ki, turnirin məqsədi ölkə başcısının müvafiq sərəncamına uyğun olaraq, futbolun inkişafına dair Dovlət Proqramının icrasını təmin etmək və idmançılarımızın ustalıq səviyyəsini artırmaq idi. Natiq bu sahənin inkişafının dövlətin diqqət mərkəzində olduğunu söyləyərək vurğulamışdır ki, Bakı şəhəri üzrə uşaqlar arasında bir neçə mini-futbol turniri keçirilmişdir.
Digər natiqlər də ölkəmizdə futbolun kütləviliyinin təmin olunması, gənc nəslin sağlam həyat tərzinə meylinin artırılması baxımından belə turnirlərin əhəmiyyətini qeyd etmişlər.
Dörd komandanın mübarizə apardığı turnirin qaliblərinə fəxri fərmanlar, kuboklar və xatirə hədiyyələri verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]