MİSİR BAŞ MÜFTİSİ İSLAM PEYKİNİN BURAXILMASINI ZƏRURİ SAYIR
Onun fikrincə, bu peyk qəməri təqvimlə ayların başlanğıcını, habelə müxtəlif ölkələrdə dini bayram günlərinin tarixini dəqiq müəyyənləşdirməyə, Qibləni düzgün göstərməyə kömək edə bilər. Bundan əlavə, peyk müsəlmanlar üçün çox böyük əhəmiyyəti olan ekoloji, geoloji və digər problemlərin həllinə də kömək edə bilər, hava proqnozları verər, geomaqnit vəziyyəti və başqa halları izləyə bilərdi.
Baş müfti demişdir ki,İslam peyki yaradılmasının təşəbbüsçüsü Misirdir. Qahirə hələ 7 il əvvəl İslam Konfransı Təşkilatına (İKT) müvafiq təklif vermişdi. İndi bu təklifi İKT-nin 55 ölkəsindən 18-i dəstəkləyir.
O bildirmişdir ki, peykin hazırlanmasına il yarım vaxt gedəcəkdir, kosmik müşahidə stansiyaları isə Misir, Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər islam ölkələrində yerləşdiriləcəkdir.