Misir piramidalarının qarşısında konsert təşkil olunacaq
Bakı, 27 iyul, AZƏRTAC
Oktyabrın 11-də Misir piramidalarının qarşısında dünyanın ən qədim opera teatrı olan Neapolun San Karlo Teatrının orkestrı konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, konsertin yüksək səviyyədə keçirilməsindən ötrü ciddi hazırlıqların getdiyini söyləyən təşkilatçılar, San Karlo orkestrının piramidalar önündə verəcəyi konsertin Misir və İtaliyanın indiyə qədərki ən böyük mədəni tədbirlərindən biri olacağını vurğulayıblar.
Qeyd edək ki, İtaliyanın ən qədim opera binasında yerləşən San-Karlo Teatrı 1737-ci il noyabrın 4-də açılaraq istifadəyə verilib. Teatrın yerləşdiyi bina həmçinin UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınıb. Teatrın nəzdində fəaliyyət göstərən orkestrın tarixi də San-Karlo Teatrının tarixi ilə sıx bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:12]
Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb
- 29.09.2026 [15:36]
Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]