Misirdə fabrikdə baş verən partlayış nəticəsində 20 nəfər həlak olub
Qahirə, 11 mart, AZƏRTAC
Misir Qalyubiyyə vilayətinin Obur rayonunda trikotaj fabrikində baş vermiş partlayış nəticəsində 20 nəfərin öldüyü, 24 nəfərin isə xəsarət aldığı bildirilir.
AZƏRTAC Misir Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, partlayışdan sonra baş verən güclü yanğını söndürmək üçün hadisə yerinə 18 yanğınsöndürən briqada cəlb olunub. Nazirlik bildirib ki, müxtəlif dərəcəli yanıq xəsarəti alan fəhlələrdən 3-nün vəziyyəti ağırdır.
Hadisə ilə bağlı Misir prokurorluğunda cinayət işi başlanıb. Partlayışın səbəbləri araşdırılır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]