Moldova Azərbaycanlılar Konqresi Moldovada keçiriləcək XIII Respublika Etnik-Mədəni Festivalında iştirak edəcəkdir
Kişineu, 7 sentyabr (AZƏRTAC). Sentyabrın 8-də Moldovanın Tarakliya rayonunda “Müxtəliflikdən vəhdətə” mövzusunda XIII Respublika Etnik-Mədəni Festivalının açılış mərasimi olacaqdır.
Tədbir Moldova Respublikası Etnoslararası Münasibətlər Bürosu və Tarakliya rayon soveti tərəfindən təşkil edilmişdir.
On üçüncü dəfə keçirilən bu festival milli azlıqların ənənələrinin qorunub saxlanması və davam etdirilməsi, millətlərarası dialoqun inkişafı, Moldovada yaşayan müxtəlif millətlərin nümayəndələri arasında dostluq əlaqələrinin möhkəmlənməsi məqsədlərinə yönəlmişdir. Moldova Azərbaycanlılar Konqresi, həmişə olduğu kimi, bu festivalda da fəal iştirak edəcəkdir.
Festival sentyabrın 15-də Kişineuda, sentyabrın 28-də isə Beltsı şəhərində keçiriləcəkdir.
Tarakliyada bayram tədbirinin açılışı mərasiminə ölkənin ali rəhbərliyi, Moldova Respublikasında akkreditə edilmiş diplomatik korpusun, o cümlədən Azərbaycan səfirliyinin nümayəndələri və başqaları dəvət edilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]