Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılır
Kişineu, 28 iyun, AZƏRTAC
Moldova Azərbaycanlıları Konqresi (MAK) Qurban bayramı münasibətilə xeyriyyə marafonuna start verib.
AZƏRTAC xəbər verir ki, Moldova Azərbaycanlıları Konqresinin üzvləri bu ölkədə yaşayan soydaşlarımızı və digər müsəlman xalqlarının ailələrini Qurban bayramı münasibətilə ziyarət edirlər.
İyunun 28-29-da davam etdiriləcək xeyriyyə marafonunda paytaxt Kişineu da daxil olmaqla, ölkə ərazisində 100-dən artıq azərbaycanlı və digər müsəlman xalqların ailələrinə bayram sovqatları paylanılacaq.
Azərbaycanlı ailələri ilə görüşlərdə bildirilib ki, bütün Azərbaycan xalqı müqəddəs Qurban bayramını ruh yüksəkliyi ilə qeyd edir. Allahın adına qurbanlar kəsir, dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar oxunur. Moldova Azərbaycanlıları Konqresinin bayram aksiyası da dövlətimizin vətəndaşlarına olan qayğısının bariz nümunəsidir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:13]
Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub
- 29.09.2026 [16:12]
Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]